Qızının 16 yaşlı sevgilisini iplə boğaraq öldürən şəxsin məhkəməsi başlayır

 Qızının 16 yaşlı sevgilisini iplə boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır.  Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.

pravda.az

10:44 - 11 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin