Türkiyənin Çorum vilayətinin Yukarıörenseki kəndində gecə saatlarında ibadətdən sonra məsciddən çıxan şəxslər silahlı hücuma məruz qalıblar.
Asayis.Az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Silahlı insident nəticəsində ikisi qadın olmaqla ümumilikdə altı nəfər yaralanıb.
Yaralananlar arasında kəndin bələdiyyə sədri və onun oğlu da olub.
Hadisəni törədən şəxsin ərazidən qaçdığı bildirilir. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.