Bərdədə qanlı olay: Ər evdən dəfələrlə qaçan arvadını bıçaqladı

 Bərdədə qanlı olay: Ər evdən dəfələrlə qaçan arvadını bıçaqladı

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Vahid ailə münaqişəsi zəminində həyat yoldaşı Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az xəbər verir ki, hadisə ötən ilin iyulun 9-da baş verib. 

Vahid həmin gün, sааt 13 rаdələrində qayınatası Vaqifin yaşadığı evinə gəlib. 

O, həmin evin yataq otağında arvadı Nazilə ilə şəxsi münasibətlər zəminində, ondan icazəsiz ata evinə gəlməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi istintaqla müəyyən olunmayan bıçaq ilə onun boyun nahiyəsinə qəsdən bir dəfə vurub.

İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonunda yaşayır: 

“2-ci qrup əliləm. Təqaüd alaraq dolanıram və öz həyətimdə kənd təsərrüfatı ilə məşğul oluram. Nazilə ilə 2009-cu ildə ailə həyatı quraraq evlənmişik. Birgə nikahmızdan 2 övladımız dünyaya gəldimş 6 il bundan qabaq Nazilə evdən qaçdığı üçün ondan boşandım. Lakin anamın təkidi ilə yenidən Nazilə ilə nikah bağlayaraq, ailə kimi yaşadıq”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 28 iyun 2022-ci ildə, axşam saat 22 radələrində arvadı Nazilə cibindən 200 manat pul götürərək evdən qaçıb: 

“Nə qədər axtarsam da 2 gün ərzində Naziləni tapa bilmədim. Məcbur qalıb Tərtər rayon polis şöbəsinə müraciət etdim. Nazilənin evə qayıtmadığını görxdüm. İyulun 2-də boşanma ilə bağlı Mediasiya xidmətinə müraciət etdim. Tərtər rayon polis şöbəsi əməkdaşlarının köməkliyi ilə 4 iyul 2022-ci ildə saat 15-16 radələrində Nazilə tutularaq Tərtər rayon polis şöbəsinə gətirildi. Həmin tarixdən Nazilə atasının Bərdə rayonundakı evinə getdi, orada yaşamağa davam etdi”.

Vahid qeyd edib ki, hadisə baş verən gün, yəni 9 iyul 2022-ci ildə Nazilənin bacısı Lalə ona zəng edib və ondan Nazilənin qonşudan götürdüyü kosmetika materiallarına görə olan borcunu yazdığı kitabçanı gətirməyini xahiş edib: 

“Həmin kitabçanı götürüb qaynatam yaşayan kəndə gəldim. Qayınatamgilə gələndə evdə qonaqlarının olduğunu gördüm. Qayınatama Naziləyə söz deyəcəyimi bildirdim. Nazilə ilə görüşmək üçün icazə aldım. Sonra Nazilə yatan yataq otağına daxil olan zaman onun yatağa uzanmış vəziyyətdə olduğunu gördüm. Nazilə məni görən kimi ayağa qalxdı və yatağın üzərində oturdu. Mənimlə birlikdə qaynanam da içəri girdi. Naziləyə “sənin kimi adam mənim uşaqlarımın anası ola bilməz, məsələ bitdi” dedim. Ondan soruşdum ki, 28 iyun 2022-ci il tarixdə, saat 22 radələrində evdən qaçandan sonra növbəti günün saat 12 radələrinə kimi nənəliyinin evinə gələnə kimi, kim gildə qalıb. Nazilə danışmaq istəyəndə qayınanam yüksək səslə qışqırmağa başladı. Mənim psixoloji problemlərim olduğu üçün qayınanamın qışqırığına əsəbləşdim və özümdən çıxdım. Üzərimdə olan suvenir alışqan-bıçağı çıxardım. Nazilənin boyun və baş nahiyəsindən xəsarət yetirdım”. 

Təqsirləndirilən şəxs deyib ki, otaqdan çıxarkən qayınatası ilə qarşılaşıb: 

“Qayınatam məni tutarkən ona da xəsarət yetirdim. Əsəbləşəndə etdiyim hərəkətləri dərk etmədiyim üçün arvadıma və qayınatama bıçaqla necə xəsarət yetirməyimi, evdən hansı şəraitdə və necə çıxmağımı xatırlamıram”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nazilənin sözlərinə görə, Vahid ilə 2009-cu il tarixdə ailə həyatı qurub: 

“2017-ci ildə Vahid məni tez-tez döydüyü üçün ondan rəsmi olaraq boşandım. 16 may 2017-ci ildə isə yenidən Vahid ilə barışaraq rəsmi nikaha girdik. Dəfələrlə ərim məni döydüyü üçün qonşuların evinə, ata evinə qaçaraq getmişəm”. 

Zərərçəkmiş qeyd edib ki, 28 iyun 2022-ci ildə, gündüz saatlarında əri Vahid onu səbəbsiz yerə döyüb: 

“Həmin tarixdə, axşam saat 22 radələrdində Vahid heyvanları nobatdan gətirdikdən sonra yenidən məni döydüyünə görə evdən qaçmaq qərarına gəldim. Yaşadığımız Tərtər rayonunda evdən çıxdım, yaşadığım ünvanın qarşısında əvvəllər tanımadığım taksi xidməti göstərən avtomobilə əl etdim. Həmin avtomobil ilə Bərdə rayonuna nənəmin evinə gəldim. Dəfələrlə evdən qaçıb atasımglə gəlmişəm. Atamgil də məni ər evinə qaytardıqları üçün bu dəfə nənəmgilə getdiyimi atama bildirməmişəm”.

Zərərçəkmiş deyib ki, iyulun 4-də, saat 15-16 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları nənəsinin evinə gələrək onu polis şöbəsinə aparıblar: 

“Daha sonra məni  atama təhvil verdilər”. 

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vahid aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

demokrat.az

09:50 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin