Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb.
Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin deyib.
"Alp dağlarında Armancet buzlaqına günün ortasında qar uçqunu düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər" - o bildirib.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.