Əhalinin NƏZƏRİNƏ! - Saat 22:00-dan etibarən...

 Əhalinin NƏZƏRİNƏ! - Saat 22:00-dan etibarən...

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dən Asayis.az-a bildiriblər ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

14:42 - 9 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin