Abşeronda iki azyaşlı bacını avtomobil vurub, biri ölüb

 Abşeronda iki azyaşlı bacını avtomobil vurub, biri ölüb

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

Asayis.az “Report”a istinadən xəbər verir ki, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.

Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.

13:30 - 9 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin