Gədəbəydə ər-arvad dəm qazından boğularaq ölüb.
Asayis.Az xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü həyat yoldaşı Məmmədova Məryam İlyaz qızının meyitləri Moruxlu kəndindəki evlərində aşkar edilib.
Oktay Əliyevin Moruqlu kənd məktəbinin texniki işçisi və həyat yoldaşı Məryəm Məmmədovanın isə müəllimə olduğu bildirilir.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA