Qadın Bakıdan aldığı maşınla zəncirvari qəza törətdi, piyada öldü - MƏHKƏMƏ

 Qadın Bakıdan aldığı maşınla zəncirvari qəza törətdi, piyada öldü - MƏHKƏMƏ

Astara Rayon Məhkəməsində 4 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari qəza nəticəsində piyadanı vuraraq öldürmədə təqsirləndirilən Vəfa İbadovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, hakim  İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd: Hadisə 25 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Astara rayonunun Pensər kənd mərkəzində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 24 yaşlı Vəfa İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək "VAZ-2199" markalı, "VAZ-2107" markalı və digər "VAZ-2107" markalı avtomaşınlara dəyib. Daha sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən Şahağacı kənd sakini, 53 yaşlı Arifə Quliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Məhkəmədə Vəfa İbadova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, dindirilərkən deyib ki, 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən “Chevrolet Cruze” markalı avtomobil alıb. Həmin gün Bakı şəhərindən Astara rayonu Pensər kəndinə etibarnamə ilə idarə etdiyi qırmızı rəngli, "Chevrolet Cruze" markalı avtomobillə saat 19 radələrində Astara rayonu Çayoba kəndindən Pensər kəndi istiqamətində hərəkət edib. Daha sonra qəza törədib.

15:24 - 7 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin