Mübariz İbrahimov haqqında film çəkildi - VİDEO/FOTO

 Mübariz İbrahimov haqqında film çəkildi - VİDEO/FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə “Mübariz” adlı film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Asayis.Az-a verilən məlumata görə, “Mübariz” filminin nümayişi keçirilib.

90 dəqiqədən bir qədər artıq davam edən film 2 ilə ərsəyə gəlib. Film qəhrəmanımızın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər isə ölkəmizin müxtəlif bölgələrində aparılıb. Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə çəkilib.

AzTV istehsalı olan “Mübariz” filmi sabahdan kinoteatrlarda izləyicilərə təqdim olunacaq.

Filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Hüseyn Əliyevdir.

Filmin anonsunu təqdim edirik:
 











10:01 - 7 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin