Bakıda iki azyaşlı qıza qarşı əxlaqsızlıq edildi

 Bakıda iki azyaşlı qıza qarşı əxlaqsızlıq edildi

Bakının Nərimanov rayonunda iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edilib. 
Asayis.Az-ın məlumatına görə, Bakı şəhər sakini Elşən Mirzəcanovun iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

Elşən Mirzəcanovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib. 

Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

demokrat.az

16:35 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin