Dələduz prodüser hakim qarşısına çıxarılır

 Dələduz prodüser hakim qarşısına çıxarılır

Hədə-qorxu yolu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 
Asayis.AZ xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Xatırladaq ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb.

Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Daha sonra Təranə Səmədova da istintaqa cəlb olunub.

Qeyd edək ki, Təranə Səmədova və Rasim Həsənov Abbas Səfərovun şikayəti əsasında həbs olunub.
Demokrat.az

11:40 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin