Qadınları fahişəliyə cəlb edən İradə Şıxıyevanın ŞOK ƏMƏLLƏRİ…

 Qadınları fahişəliyə cəlb edən İradə Şıxıyevanın ŞOK ƏMƏLLƏRİ…

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan İradə Şıxıyevanın barəsində cinayət işi başlanıb. 
Asayis.Az-ın məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. 

İradə Şıxıyeva həmin qadınları Azərbaycan hüdudlarından kənarda kişi müştərilərlə pul müqabilində görüşdürüb və maddi gəlir əldə edib. 

İradə Şıxıyevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.
demokrat.az

10:49 - 5 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin