“İnsanlarımız “McDonalds” şirkətinin bu addımından çox narazı qalmışdılar” - Deputat

 “İnsanlarımız “McDonalds” şirkətinin bu addımından çox narazı qalmışdılar” - Deputat

“44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında Ali Baş Komandanın qətiyyəti, uğurlu siyasəti, Müzəffər Ordumuzun qüdrəti və təbii ki, bütöv yumruq halında birləşən xalqımızın böyük rolu olmuşdur. Həmçinin, iqtisadi potensialımız, gücümüz, silahlarımız, o cümlədən müharibə dövründə xalqımız tərəfindən Ordumuza dəstəyin verilməsi qələbə qazanmağımızda əsas faktorlardır. Həmin ərəfədə ölkəmizdə fəaliyyət göstərən şirkətlər, fərdi iş adamları da bacardığı qədər ordumuza maddi və mənəvi dəstək verməyə çalışırdı”.
 
Asayis.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər əgər bu ölkədən maliyyə qazanırlarsa, demək ki, bu ölkənin də tərkib hissəsinə çevriliblər: 

“44 günlük Vətən müharibəsində ölkəmizdə olan bir çox şirkətlər bu dəyəri hiss edərək Azərbaycan Ordusuna və dövlətinə bu və digər formada dəstək verməyə çalışdılar, imkanları daxilində maliyyə ayırdılar. Amma, mən o vaxtı  Ordumuza yardım göstərənlər arasında “McDonalds” şirkətini görmədim. Bu şirkət ölkəmizdə artıq uzunmüddətdir fəaliyyət göstərir. 44 günlük Vətən savşı vaxtı məndə bununla bağlı bir neçə suallar yaranmışdı. Yəni, belə başa düşdüm ki, bu şirkət ABŞ-ın siyasi proseslərinin elə bil içində olduğunu göstərdi və hardasa bu məsələyə qarışmadığını bəyan etmiş kimi göründü. Amma düşünürəm ki, bu belə olmalı deyildi. Hər halda digər şirkətlər kimi “McDonalds” şirkəti  və ya yardım etməyən şikayətlər əgər Azərbaycanda fəaliyyət göstərirlərsə, bu dövlətə, bu xalqın onlara yaratdığı şəraitdən bəhrələnib qazanırlar. Demək ki, vacib olan vaxtı bu xalqın və dövlətin yanında olmalıdırlar, ona dəstək göstərməlidirlər, sosial məsuliyyətlərini də hiss etməlidirlər. Bizim onlardan indiyədək heç bir tələbimiz olmayıb, heç vaxt heç nə istəməmişik. Azərbaycanın öz iqtisadi gücü və hərbi büdcəsi var. Heç kimin nə maddi, nə hərbi dəstəyinə ehtiyacımız yoxdur. Ölkəmiz bütün məsələləri öz gücünə həll edə bilir. Bu, sadəcə olaraq bir dəstəkdir və mənəvi məsələdir. Təbii ki, insanlarımız “McDonalds” şirkətinin bu addımından çox narazı qalmışdılar. Onların bu fəaliyyətsizliyini yaxşı qəbul etməmişdilər. Ona görə də, belə şirkətlər vacib olan anlarda daha yaxşı düşünməli, çalışdıqları ölkələrdə sosial məsələlərdə və digər məsələlərdə öz dəstəklərini əsirgəməməlidirlər”.

18:39 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin