Məşuqəsi 62 yaşlı kişini çılpaq şəkilləri ilə şantaj etdi

 Məşuqəsi 62 yaşlı kişini çılpaq şəkilləri ilə şantaj etdi

Türkiyədə yayımlanan "Müge Anlı ile Tatlı Sert" proqramında hər kəsi təəccübləndirən hadisə yaşanıb. 
Asayis.Az 
Türkiyə KİV-ə istinadən xəbər verir ki, verilişdə 62 yaşlı Mustafa Emektar özündən 14 yaş kiçik Filiz adlı xanımın ona qarşı dələduzluq etdiyini və 1 milyon lirə (təxminən 88 500 AZN) dəyərində evini əlindən aldığını bildirib. 

Mustafa 35 illik həyat yoldaşı və böyük uşaqları olmasına baxmayaraq, həmin xanımla eşq yaşayıb. Daha sonra məşuqəsi onun evinin kupçasını əlindən alıb. 

Veriliş zamanı Mustafa məşuqəsinin onun çılpaq fotolarını çəkdiyini və onu bu şəkillərlə şantaj edərək evə sahibləndiyini deyib. 
Müge Anlı həmin fotoların necə çəkildiyini soruşanda isə Mustafa, "Müge xanım xəbərim yox idi. Mən telefon nədir bilmirəm. Hamısını mən bilmədən çəkib", - deyərək cavab verib.

18:06 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin