Salyanda dəhşətli yanğın - Uşaqlardan biri öldü

 Salyanda dəhşətli yanğın - Uşaqlardan biri öldü

Asayis.az  FHN-in saytına istinadən xəbər verir ki, Həsənli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü yanıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi 2 nəfər (uşaq) xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Uşaqlardan biri xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

12:45 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin