Babək prospektində ağır qəza: Ölən var

 Babək prospektində ağır qəza: Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Asayis.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Amil İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək prospektində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarət alan orta yaşlı kişi hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra ölən şəxsin Həsənov Nizami Bəşir oğlu olması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

12:30 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin