“Azəriqaz” rayonlarda ödənişləri nağd formada toplayır? – Deputatdan AÇIQLAMA

 “Azəriqaz” rayonlarda ödənişləri nağd formada toplayır? – Deputatdan AÇIQLAMA

“Təmsil olunduğum rayonda qaz pulunun nəğd alınması ilə bağlı heç bir məlumat eşitməmişəm. Qusarda abonentlərə qanunun tələbinə uyğun borc bildiriş verilir”.

Asayis.Az xəbər verir ki, bu sözləri 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən rayonlarda qaz pulunun nəğd alınması barədə şikayətlərə münasibət bildirərkən deyib.

“Abonentlər də poçt şöbələri və ya da onlayn şəkildə borclarını ödəyirlər. Bizə qaz idarəsi işçilərinin qeyri-qanuni fəaliyyəti haqqında heç bir məlumat daxil olmayıb”, - deputat qeyd edib.

 Pravda.az

17:45 - 3 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin