Təhsil naziri istefa verdi

 Təhsil naziri istefa verdi

İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbul edib.

Fərhəngiyan (Mədəniyyət) Universitetinin rəhbəri Reza Murad Sahrain təhsil naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, İranda daha çox qız məktəblərində zəhərlənmələr baş verib. Bu, ölkədə etirazlara səbəb olub. Hadisə nəticəsində 5 mindən çox şagird zəhərlənib. Hadisə ilə bağlı 100-dən çox adam saxlanılıb.

Həmçinin, İran məktəblərində bəzi digər nöqsan və çatışmazlıqlarla bağlı da narazılıqlar olub. Müəllimlərin maaşının gecikməsindən sonra İran Prezidenti məsələni araşdırmağı tapşırmış, Novruz çıxışında bununla bağlı Təhsil Nazirliyini günahlandırmışdı. (apa)

17:05 - 3 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin