Bakıda saxta əlillik dərəcəsi verən həkim hökmdən narazıdır

 Bakıda saxta əlillik dərəcəsi verən həkim hökmdən narazıdır

Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Asayis.Az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq aprelin 4-nə təyin edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə K.Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

"Aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub”, - Baş Prokurorluğun məlumatında bildirilirdi.

Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

M.Məmmədovanın cinayət işi ayrıca icraata ayrılıb.

 

11:05 - 3 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin