Bakıda 1 milyonluq qızıl oğurlayandan xəbər var

 Bakıda 1 milyonluq qızıl oğurlayandan xəbər var

Bakıda oğurluqda təqsirləndirilən Tural Rəhimlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Asayis.Az məlumatına görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq aprelin 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə Bakıda baş verib. Bir neçə il bundan əvvəl paytaxt sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Zülfiyyə Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. 

10:55 - 3 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin