Bakıda 5 milyon manatı mənimsəyən şəxs Ali Məhkəməyə müraciət etdi

 Bakıda 5 milyon manatı mənimsəyən şəxs Ali Məhkəməyə müraciət etdi

Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Asayis.Az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq aprelin 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: O.Ağayev 20-dən çox şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib.

Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb.

İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var.

O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.

Pravda.Az

10:50 - 3 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin