İmtahana gələn bəzi abituriyentlərdə kəsici-deşici alətlər aşkarlanıb

 İmtahana gələn bəzi abituriyentlərdə kəsici-deşici alətlər aşkarlanıb

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub.

Asayis.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.

16:40 - 2 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin