Vilayət Eyvazov insanlara yardım edən polisi mükafatlandırdı - FOTO

 Vilayət Eyvazov insanlara yardım edən polisi mükafatlandırdı - FOTO

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov daha bir polisi təltif edib. Asayis.Az xəbər verir ki, Xətai Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Abbaszadə Mirsamir MirSahib oğlu qüsursuz və xalqa xidmətə görə medalı ilə təltif olunub. Belə ki, adıçəkilən polis əməkdaşı Olimpiya stadionunda xidməti zamanı insanlara, o cümlədən fiziki qüsurlu şəxsə kömək edərkən fotoları çəkilib və sosial şəbəkədə paylaşılıb. Bunu görən V.Eyvazov onu yanına çağıraraq ona medal təqdim etmişdir. M.Abbaszadənin insanlara yardımı polisin xalqın, sadə insanların yanında olduğunu göstərir. V.Eyvazovun isə bu əməli qiymətləndirməsi həm xalqa, həm də polisə dəyər verdiyinin bariz sübutudur.

Müəllif: Elmir Muradov

23:03 - 1 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin