Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edildi

 Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edildi

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

Asayis.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

 

15:36 - 1 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin