“Sənədli silah gəzdirmək icazəsi Azərbaycanda da tətbiq olunsa, yaxşı olar” - Brilliant Dadaşova

 “Sənədli silah gəzdirmək icazəsi Azərbaycanda da tətbiq olunsa, yaxşı olar” - Brilliant Dadaşova

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktından sonra təhlükəsizlik məsələləri gündəmə gəlib. Müzakirələr zamanı bəziləri təklif edib ki, deputatlarla yanaşı, məşhurlara da silah verilsə, yaxşı olar. Digərləri isə bu təklifə qarşı çıxıblar, bildirilib ki, dövlət vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə qoruyur. İddia edilib ki, Azərbaycanın tanınmış Xalq artisti Brilliant Dadaşova da 1990-cı illərdə ehtiyac olmadığı halda silahla gəzib. Bundan narahat olanlar sual verirlər ki, görəsən, Xalq artisti silahı təhvil veribmi?

Asayis.Az xəbər verir ki, Pravda.az-ın əməkdaşı səslənən fikirlərə aydınlıq gətirmək üçün Xalq artisti Brilliant Dadaşova ilə əlaqə saxlayıb.

B.Dadaşova suallarımıza belə cavab verib: “Qardaş Türkiyədə ”ruhsatlı” (sənədli) silah gəzdirmək icazəsi çoxdan tədbiq olunur. Bu, qanun yolu ilə tanınmış insanlara - iş adamlarına, millət vəkillərinə və s. şəxslərə  özünü müdafiə üçün verilir. Bu, bizdə də olsa, yaxşı olar. Dedi qodulara isə cavab vermək istəmirəm...”

10:30 - 1 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin