Xəzər televiziyasının Xəbərlər Departamentinin şef redaktoru vəzifəsindən ayrılıb.
Asayis.Az xəbər verir ki, bu barədə kanalda sözügedən vəzifəni icra edən Natiq Pənahlı paylaşım edib. O, 10 ildir çalışdığı televiziyadan öz ərizəsi ilə ayrıldığını deyib.
Jurnalist yeni vəzifəyə getdiyini desə də, iş yerinin adını açıqlamayıb.
N.Pənahlı “Xəzər TV”nin rəhbəri Murad Dadaşova da təşəkkürünü bildirib.