Abşeron Rayonunun Mərkəzi Xəstəxanası “Azərişıq” ASC ilə bağlı məhkəməyə müraciət edib.
Asayis.Az-ın məlumata görə, bu barədə xəstəxana Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, Abşeron Rayonunun Mərkəzi Xəstəxanası sair işlər və digər mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Abşeron rayonunun Masazır bələdiyyəsi də “Azərişıq” ASC-ni məhkəməyə verib.