Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Asayis.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 01-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 02-si gündüzədək davam edəcək.