Bakını zülmətə qərq edən qurumu yoxlamaq lazımdır - Eldar Eldarovun idarəçiliyi...

 Bakını zülmətə qərq edən qurumu yoxlamaq lazımdır - Eldar Eldarovun idarəçiliyi...

Bakı küçələri zülmətə qərq olub. Paytaxtın işıqlandırılmasından söhbət belə gedə bilməz. Şəhər rus ordusunun Ukrayna şəhərlərində enerji infrastrukturuna endirdiyi raket zərbələrinin sanki qurbanı olub. Amma yox, Bakı küçələrini qaranlığa qərq edən BŞİH-in tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsidir. Bu qurumun rəhbəri Eldar Eldarovdur.

Lakin E.Eldarovun maxinasiyaları və yeyintiləri ucbatından paytaxt yollarında işıqlanma zəif, közərmiş vəziyyətdə, axşamlar göz-gözü görmür, xüsusən də sürücülər əziyyət çəkirlər.

 

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublu Tribunainfo.az-a bu haqda danışarkən qeyd edib ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsinin yaratdığı bu “möhtəşəm şərait” ucbatından piyaların vurulması halları artıb. Hüquq müdafiəçisi hesab edir ki, vətəndaşların həyatına risk yaradan bu cür vəziyyət aradan qaldırılmalıdır. X.Teyyublu bildirib ki, şəhərin qaranlığa bürünməsi həm də gecə saatlarında cinayət hadisələrinin baş verməsinə, müşahidə kameraları tərəfindən qeydə alınmasına, cinayətin üstünün açılmasına belə əngəl yaradır: “İlk növbədə isə sürücülərlə piyadalar arasında böyük problemə səbəb olur. Eldar Eldarovun rəhbərlik etdiyi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi enerji istehsal edən, xaricə işıq satan bir ölkənin paytaxtında belə acınacaqlı vəziyyət yaratmaqla ciddi korrupsiya elementlərinin olduğu şübhəsi yaradır. Hər halda bu qurumun və onun rəhbərliyinin fəaliyyəti təftiş edilməlidir. Yalnız yoxlamalar müəyyən edə bilər ki, bu idarədə hansısa neqativlər, yeyintilər mövcuddur, ya yox”.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi əsasnaməsində göstərildiyi kimi məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət funksiyasını yerinə yetirən bir qurumdur: “Bu qurum həm də Bakı şəhər İcra Hakimiyyətində ən çox dövlət vəsaiti dövlət strukturu kimi tanınır”.

14:05 - 30 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin