Bu şəxslər etibarnamə verilməsinə görə rüsum ödəməyəcək

 Bu şəxslər etibarnamə verilməsinə görə rüsum ödəməyəcək

Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər etibarnamələrin verilməsinə görə rüsum ödəməyəcək.

Asayis.Az-ın xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə görə onlar dövlət rüsumu ödəməkdən azad edilirlər.

Layihə bu gün birinci oxunuşda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.

12:06 - 30 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin