Məhkəmə 18 il həbs cəzası alan şəxslə bağlı qərar çıxardı

 Məhkəmə 18 il həbs cəzası alan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Masallıda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Asayis.Az-ın məlumatına görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Orucov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2021-ci il mayın 29-da Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, R.Orucov həyat yoldaşı Ruhiyyə Şükürovanı aralarında ailə-məişət zəminində baş veən mübahisə zamanı üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb.

O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Pravda.az

16:55 - 29 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin