“Sümüyü bişirirlər, əti evlərinə aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir?

 “Sümüyü bişirirlər, əti evlərinə aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir?

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

16:11 - 29 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin