Təxribata cəhd göstərən ermənilər saxlanıldı

 Təxribata cəhd göstərən ermənilər saxlanıldı

İsveç-Azərbaycan oyununda təxribata cəhd göstərən ermənilər saxlanılıblar.

Asayis.Az-ın məlumatına görə, təxribatçıların qaldırdıqları banner və əsgi parçası cəmi 30 saniyə havada qalıb.

Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatın qarşısını almaq üçün dərhal müdaxilə ediblər.

Hərəkətləri ilə ikrah hissi yaradan ermənilər stadiondan kənarlaşdırılarkən futbol fanatları tərəfindən təxribatçılığa görə ciddi reaksiya ilə qarşılaşıblar.

10:34 - 28 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin