Nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı oğlan itkin düşdü - FOTO

 Nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı oğlan itkin düşdü - FOTO

Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Asayis.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

18:15 - 27 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin