Rusiya ordusunun desant-hücum batalyonunun komandiri, polkovnik-leytenant Dmitri Lissitski həyatını itirib.
Asayis.az TASS-a istinadən xəbər verir ki, bu barədə Stavropol Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Vladimir Sitnikov bildirib.
Onun sözlərinə görə, universitet məzunu olan və bir ay əvvəl tələbələrlə görüşən Lissitski döyüşdə həlak olub: "O, böyük cəsarətli, şərəfli və ləyaqətli insan idi. Bütün komanda və mən şəxsən bu itkiyə yas tuturuq".
Rusiya Qəhrəmanı adını almış 48 yaşlı Dmitri Lissitski ölümünə qədər Abxaziya, Dağıstan, Çeçenistan, Serbiya və Suriyadakı hərbi əməliyyatlarda iştirak edib.