Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb

 Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb

Xalq artisti Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Asayis.az  xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino xadimi, Xalq artisti Mehriban Zəki martın 22-də avtomobil qəzası nəticəsində xəsarət alıb. Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb. Xalq artistinin xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa müalicə müəssisəsinə köçürülməsi diqqətdə saxlanılır. Mehriban Zəkiyə Allahdan şəfa diləyirik", - məlumatda vurğulanıb.

15:00 - 23 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin