Qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

 Qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Asayis.az "report"a istinadən xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

18:00 - 22 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin