İnkassator avtomobili ata və azyaşlı qızını vurub, ölən var

 İnkassator avtomobili ata və azyaşlı qızını vurub, ölən var

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub. Asayis.Az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

İnkassator avtomobili yolu keçən ata və qızını vurub. Nəticədə kişi hadisə yerində ölüb, azyaşlı qız isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16:29 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin