Taksi sürücüsünü hədələyib 20 manatını taladı

 Taksi sürücüsünü hədələyib 20 manatını taladı

Martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə Asayis.Az-a DİN-nin mətbuat xidmətindən bildirilib.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

11:26 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin