Ramiz Zeynalovun qardaşına yeni vəzifə verildi - FOTO

 Ramiz Zeynalovun qardaşına yeni vəzifə verildi - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.

Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi.

11:16 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin