Ölümə aparan Kürdəxanı şosesi - Bu yolda iki ayda 3 nəfər ölüb - VİDEO

 Ölümə aparan Kürdəxanı şosesi - Bu yolda iki ayda 3 nəfər ölüb - VİDEO

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində tez-tez nəqliyyat hadisələri baş verir. Bu qəzalar zamanı həyatını itirənlər də olur.

Asayis.Az xəbər verir ki, son iki ay ərzində adı çəkilən ərazidə baş verən qəzalar zamanı 3 nəfər dünyasını dəyişib.

Qəsəbə sakinləri real tv-yə bildiriblər ki, yolun təhlükəsizliyinin təmin olunması üçün təcili addımlar atılmalıdır. Bu yolla hərəkət edən sürücülər özlərini sanki magistral yoldakı kimi hiss edirlər. Piyada keçidinə məhəl qoyulmur, nişanlar aşırılır.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

10:22 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin