Türkiyədə qonşular arasında dava: Çox sayda yaralı var

 Türkiyədə qonşular arasında dava: Çox sayda yaralı var

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda qonşular arasında daş və çubuqların da istifadə edildiyi davada 14 nəfər yaralanıb.

Asayis.Az "Habertürk"ə istinadən xəbər verir ki, iddialara görə, hadisə parkinq səbəbindən baş verib. 

Müzakirə digər ailə üzvlərinin də iştirakı ilə davaya çevrilib.

Bölgəyə çox sayda polis və sağlamlıq qrupu gəlib.

Yaralılar təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına aparılıb.

Polis qrupları məhəllə və xəstəxanada təhlükəsizlik tədbirləri görüb.

10:11 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin