Azərbaycanda pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

 Azərbaycanda pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Asayis.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, agentliyin müfəttişləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fiziki şəxs Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib.

Baxış zamanı müəssisədə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə olunub. Müəssisədə texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

10:45 - 15 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin