Ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

 Ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. 15 mart saat 09:00-a olan məlumata əsasən, 102 206 abituriyent öz ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Asayis.Az-a verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 15 mart saat 23:59-dək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

10:11 - 15 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin