Abşeronda avtomobil xəndəyə düşüb - FOTO

 Abşeronda avtomobil xəndəyə düşüb - FOTO

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə "Qurtuluş-93"də qeydə alınıb. Belə ki, "Toyota Camry" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub.

"Toyota Camry" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını magistral qaz kəməri üçün qazılmış xəndəyə aşırıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

10:12 - 14 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin