“Suyun qrafiklə verilməsi müvəqqətidir” - “Azərsu”

 “Suyun qrafiklə verilməsi müvəqqətidir” - “Azərsu”

“Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır və mövcud vəziyyətlə bağlıdır”.

Asayis.Az azvision.az-a istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib.

“Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik.

Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçilir. Bu, fəaliyyətə aid deyil, təbiətə bağlı məsələdir”.

E.Məmmədov bildirib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.

 

15:00 - 13 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin