Türkiyəli fenomen Selin Ciğerci Türkiyənin Konya şəhərində yeni gözəllik salonu açıb.
Asayis.Az xəbər verir ki, o, atası konyalı olduğu üçün yeni məkanı orada açıb. Bu da şəhər əhalisinin narazılığına səbəb olub.
Hava soyuq və yağışlı olmasına baxmayaraq, sakinlər çətirləri ilə salonun qarşısına gələrək onun buradan çıxıb getməsini tələb ediblər.
Sakinlər ona qarşı gələrək, "Rəddol! Səni burada istəmirik", - sözlərini söyləyiblər.
Onlar Selinin yeni salonuna hücum edərək dekorasiyalarını söküblər.
Baş verənlərdən sonra Selin, "Konyaya yerləşməyə qərar verdim", - deyə sosial şəbəkədə paylaşım edib.
Asayis.Az həmin görüntüləri təqdim edir: