16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA

 16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Asayis.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

*** 11:21

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.

12:23 - 13 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin