Yevlaxda üç nəfər bıçaqlanıb

 Yevlaxda üç nəfər bıçaqlanıb

Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir. Rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.Onlar xəstəxanaya yerləşdirilib.

Ümid Bağırovun vəziyyəti ağır, Nazənin Həsənovanın və Vüsalə Bağırovanın vəziyyəti orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

10:45 - 12 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin