Azərbaycanda qəza - Yük maşını aşdı - FOTO

 Azərbaycanda qəza - Yük maşını aşdı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı yük maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb, maşına ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

16:24 - 11 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin